Liviya sahillərində 41 miqrantın meyiti aşkarlandı

Könüllülər dəstəsi Liviya sahillərində, Sabrat şəhəri yaxınlığında 41 miqrantın meyitini aşkarlayıb.

Bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, onlar Avropaya dəniz yolu ilə getmək istəyiblər. Sabrat şəhər şurasının mətbuat katibi bildirib ki, miqrantlar dənizdə 5-6 gün bundan əvvəl boğulublar.

"Həmin şəxslərin meyitləri nümumələr götürülməsi üçün məhkəmə-tibb ekspertizasına verilib. Biz hesab edirik ki, onlar dənizdə batıblar", - deyə mətbuat katibi bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 1-dən iyulun 6-dək Avropaya dəniz yolu ilə 230885 nəfər gəlib. O cümlədən Yunanıstana 158527 nəfər miqrant və qaçqın, İtaliyaya isə 70978 nəfər üz tutub. 2920 miqrant, qaçqın ölüb və ya itkin düşüb.("Report")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00