Putin Suriya və Qafqazdakı generallarını dəyişdi
Rusiyanın Suriyadakı kontingentinə yeni rəhbər göndərilib.
22 İyul 2016 15:33 DünyaRusiyanın Suriyadakı kontingentinə yeni rəhbər göndərilib.
Axar.az bildirir ki, yeni rəhbər general-leytenant Aleksandr Juravlyov olub. O, bu vəzifədə general-leytenant Aleksandr Dvornikovu əvəz edib.
Qeyd edək ki, Juravlyov bundan öncə Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisi olub. 2008-ci ildə Gürcüstana hücum edən Rusiyanın 58-ci ordusunun Baş Qərargah rəisi də məhz Juravlyov idi.
Rusiyanın Suriyaya müdaxilə etdiyi ilk gündən etibarən buradakı rus qoşunlarına Dvornikov rəhbərlik edib. O, bir müddət öncə Suriyadakı qoşunların rəhbərliyindən azad edilib. General hazırda Cənub Hərbi Dairəsinin komandanıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00