Türkiyənin iqtisadiyyat naziri SOCAR-ın nümayəndə heyəti ilə görüşüb
SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey Energy” İdarə Heyətinin sədri Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşüb.
22 İyul 2016 12:45 DünyaSOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey Energy" İdarə Heyətinin sədri Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr müzakirə olunub, investisiya layihələrinin qrafikə uyğun şəkildə həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələr SOCAR-ın layihələri üzrə işlərin gedişinə mane olmayıb və bütün layihələr əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirilir. Bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin qeyd etdiyi kimi, SOCAR Türkiyədə 40 min nəfərlik bir ailəni təmsil edir və Türkiyəni öz doğma evi hesab edir. Türkiyə iqtisadiyyatına yatırımların bu günə qədər olduğu kimi bundan sonra da davam edəcəyi, daha da yüksələcəyi vurğulanıb. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu vurğulayıb, şirkətin həyata keçirdiyi layihələrin Türkiyə iqtisadiyyatı üçün mühüm önəm daşıdığını bildirib. O, SOCAR-ın Türkiyədəki fəaliyyətinə uğurlar arzulaybı.