Qazaxıstan baş prokuroru: "Terrorizm əsas daxili təhdidə çevrilib"
"Terrorizm Qazaxıstan təhlükəsizliyinə əsas təhdiddir".
22 İyul 2016 12:06 Dünya"Terrorizm Qazaxıstan təhlükəsizliyinə əsas təhdiddir".
"RİA Novosti" xəbər verir ki, bunu Qazaxıstanın baş prokuroru Jakip Asanov deyib.
"Güc strukturları terrorçuların müəyyənləşdirilməsi və zərərsizləşdirilməsinə yönəlib. Əvvəllər xaricdəki terrorçulardan qorxulurdu. İndi isə daxildən hədələr var", - deyə o prokurorluğun ilin ilk yarısına həsr olunan kollegiyasında çıxış edərkən bildirib.
Baş prokuror qeyd edib ki, respublikanın hüquq-mühafizə sistemi terror və digər təhdidlərin öhdəsindən gələrək vətəndaşlarının təhlükəsizliyini təmin etmək gücündədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00