Rusiya təyyarələri İŞİD-in Suriyadakı mövqelərini bombardıman edib
Rusiyanın "Tu-22M3" tipli altı bombardımançı təyyarəsi Suriyada İŞİD-in kəşfiyyat nəticəsində aşkar edilən Palmiranın şərqindəki və Homs əyalətinin Əs-Suhnə, Arak və Ət-Tayyibə şəhərlərindəki obyektlərinə zərbə endirib.
22 İyul 2016 11:37 DünyaRusiyanın "Tu-22M3" tipli altı bombardımançı təyyarəsi Suriyada İŞİD-in kəşfiyyat nəticəsində aşkar edilən Palmiranın şərqindəki və Homs əyalətinin Əs-Suhnə, Arak və Ət-Tayyibə şəhərlərindəki obyektlərinə zərbə endirib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyiməlumat yayıb.
Məlumata görə, uzaqməsafəli bombardımançılar Bakı vaxtı ilə səhər saat 6 radələrində uçuş ediblər. Hədəf terrorçuların komanda məntəqələri, canlı qüvvəsi və texnikası olub. Yeni hədəflərin aşkar edilməsinə bu regionda, eləcə də, kosmosdan aparılan gücləndirilmiş kəşfiyyat işləri imkan verib.
Qeyd olunur ki, nəticədə İŞİD-in gizlində olan iki idarəetmə mərkəzi, canlı qüvvə və texnikası məhv edilib.