Rusiya vətəndaşlarının Türkiyəyə uçuşlarına qoyulan məhdudiyyəti aradan qaldırıb

Rusiya iyulun 22-dən etibarən Türkiyə ilə müntəzəm aviareysləri bərpa edir.

Rusiya iyulun 22-dən etibarən Türkiyə ilə müntəzəm aviareysləri bərpa edir.

RİA "Novosti"i xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında bildirilir.

"Türkiyə ərazisində və hava limanlarında Rusiya vətəndaşlarının yüksək təhlükəsizliyinə dair yubadılmadan görülən tədbirlər haqqında Türkiyə tərəfindən təminat aldıqdan sonra, 22 iyul 2016-cı il tarixindən Rusiyadan Türkiyəyə uçuşlar həyata keçirən bütün aviaşirkətlər üçün müntəzəm uçuşlar bərpa olunur", - deyə məlumatda bildirilir.

Türkiyə ilə müntəzəm aviareyslər iyulun 16-da, hərbçilərin ölkədə dövlət çevrilişi etmək cəhdindən sonra dayandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00