ABŞ-da yaşayan erməni 1,29 milyon dollar məbləğində pulun mənimsənilməsinə yardım etməkdə ittiham olunur

ABŞ-ın "Wells Fargo" bank şirkətinin keçmiş meneceri Albert Yaqubyan 1,29 milyon dollar məbləğində vəsiatin mənimsənilməsinə yardım etdiyinə görə həbs edilib.

ABŞ-ın "Wells Fargo" bank şirkətinin keçmiş meneceri Albert Yaqubyan 1,29 milyon dollar məbləğində vəsiatin mənimsənilməsinə yardım etdiyinə görə həbs edilib.

Bu barədə "Los Angeles Times" xəbər verir.

İstintaq araşdırmasına əsasən, o, iki il ərzində Qlendeylin Ermənistan əsilli iki sakininə - əvvəllər dələduzluq və fırıldaqçılıq maddələri ilə mühakimə edilmiş Artaşes Darbinyan və Orbel Akopyana bank vasitəsilə pulları mənimsəməyə yardım edib. A.Yaqubyanın özünə isə faiz ödənilib.

36 yaşlı A.Yaqubyan ünvanına yönələn ittihamları rədd edir.

İş üzrə məhkəmə prosesi sentyabr ayında başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00