Ərdoğanı öldürməyə gedənlər axtarılır
Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhd gecəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı qətlə yetirmək üçün Marmarisdəki otelə göndərilən xüsusi təyinatilı SAT dəstəsindən hələ ələ keçməmiş hərbçilər axtarılır.
21 İyul 2016 15:57 DünyaTürkiyədə iyulun 15-də hərbi çevrilişə cəhd gecəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı qətlə yetirmək üçün Marmarisdəki otelə göndərilən xüsusi təyinatilı SAT dəstəsindən hələ ələ keçməmiş hərbçilər axtarılır.
DHA bildirir ki, Muğla vilayətindəki Marmaris otelinə göndərilmiş SAT dəstəsindən 20 əsgər qaçaraq gizləniblər. Axtarışlara vertolyotlar da cəlb olunub.
Marmaris Jandarm Komandanlığı axtarışlara iki dəstə xüsusi təyinatlı da göndərib. Bu jandarmlar Marmarisdəki stadionlardan birinə enən iki vertolyotda idilər.
Onlar meşəliyə doğru hərəkət edərək 20 çevrilişçi hərbçini axtarmağa başlayıblar.