Akınçı Hərbi Hava Qüvvələri bazasının qaranlıq tarixi

FETÖ üzvü olan qiyamçıların qərargah olaraq istifadə etdikləri Akımcı 4-cü Hava Qüvvələri Bazasının maraqlı tarixi varmış.

Baza Osmanlı dönəmində də xəyanət mərkəzi olub

FETÖ üzvü olan qiyamçıların qərargah olaraq istifadə etdikləri Akıncı 4-cü Hava Qüvvələri Bazasının maraqlı tarixi varmış. "OLAYLAR"-ın xəbərinə görə, sözügedən hərbi baza hələ Osmanlı dönəmindən xəyanət qərargahı kimi tanınıb. Belə ki, Osmanlı dönəmində Mürted kimi tanınan qərargah hələ 1402-ci il, Ankara savaşı zamanı xəyanət mərkəzi kimi xarakterizə edilib. Belə ki, İldırım Bəyazidlə Əmir Teymur arasında gedən döyüşlər zamanı Osmanlı imperatorunun tərəfindən olan bəzi hərbiçilər mövqe dəyişdirərək Teymurun tərəfinə keçir. Bununla da İldırım Bəyazid döyüşlərdən məğlub ayrılır. 1950-ci ildə ABŞ-in ixtiyarına verilən hərbi bazada uzun illər hətta kimyəvi silahlar da saxlanılıb. 1996-cı ildən isə baza Amerika tərəfindən yenidən Türkiyəyə təhvil verilir.

Məlumata görə, Akınçı 4-cü Hərbi Hava Qüvvələri bazasının zamanında Mürted adlandırılmasının da xüsusi anlamı olub. Belə ki, Mürted Türk Dil Kurumunun sözlüyündə "Müsəlmanlıqdan imtina edib başqa dinə keçən birisi" kimi qeyd olunur. Hazırda isə baza Akınçı adlanır. Akınçı isə "Düşmən ölkəsinə axın edən döyüşçü" anlamını verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00