Kreml Rusiyanın Türkiyəni gözlənilən dövlət çevrilişi barədə xəbərdar etməsi məsələsini şərh edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Rusiyanın Türkiyəni gözlənilən dövlət çevrilişi barədə xəbərdar etməsi haqqında yayılan xəbərləri şərh edib.
21 İyul 2016 14:07 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Rusiyanın Türkiyəni gözlənilən dövlət çevrilişi barədə xəbərdar etməsi haqqında yayılan xəbərləri şərh edib.
"RİA Novosti" xəbər verir ki, D.Peskov belə bir məlumatın olmadığını bildirib.
"Agentliyin hansı mənbələrə istinad etdiyini bilmirəm", - deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl bəzi media orqanları "Fars" agentliyinə istinadən Rusiyanın gözlənilən dövlət çevrilişi barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq etdiyini yazmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00