Baş nazir müavini Türkiyədəki fövqəladə vəziyyət haqda
"Türkiyədə fövqəladə vəziyyət sıravi vətəndaşlara təsir etməyəcək. Əksinə demokratiyanın möhkəmlənməsinə, bazar iqtisadiyyatının inkişafına və investisiya mühitinin yaxşılaşmasına müsbət təsir göstərəcək".
21 İyul 2016 13:34 Dünya"Türkiyədə fövqəladə vəziyyət sıravi vətəndaşlara təsir etməyəcək. Əksinə demokratiyanın möhkəmlənməsinə, bazar iqtisadiyyatının inkişafına və investisiya mühitinin yaxşılaşmasına müsbət təsir göstərəcək".
Virtualaz.org Reuters-ə istinadən bildirir ki, bunu Türkiyə baş nazirinin müavini Mehmet Şimşek deyib.
Onun sözlərinə görə, Türkiyədə üç ay müddətində fövqəladə vəziyyətin tətbiq edilməsi cəmiyyəti çevriliş etməyə çalışan xainlər şəbəkəsindən təmizləməyə yönəlib.
M.Şimşek qeyd edib ki, xalqın, hökumətin, KİV-in iradəsi sayəsində dövlət çevrilişi baş tutmayıb. "Allah qorusun, birdən dövlət çevrilişi baş tutsaydı, onda Türkiyəni xaos gözləyərdi", - deyə baş nazirin müavini vurğulayıb.