Şok iddia: Gec ailə quran qadınlar xəyanəti bağışlayır
Adnan Menderes Universitetinin tədqiqatçı-professor heyətinin apardığı araşdırma sübut edib ki, qadınların yaşı evlilikdəki xoşbəxtlikdə böyük rol oynayır. 34 cütlük üzərində aparılan araşdırma gec evlənən qadınların daha xoşbəxt olduqlarını göstərib.
21 İyul 2016 19:18 DünyaAdnan Menderes Universitetinin tədqiqatçı-professor heyətinin apardığı araşdırma sübut edib ki, qadınların yaşı evlilikdəki xoşbəxtlikdə böyük rol oynayır. 34 cütlük üzərində aparılan araşdırma gec evlənən qadınların daha xoşbəxt olduqlarını göstərib.
Üstəlik, 30 yaş civarında ailə quran qadınlar ailə içində yaranan problemi təkbaşına aradan qaldıra bilirlər. Bundan başqa, "Hansı halda evliliyinizi xilas etmək üçün mübarizə apararsınız" sualına da qadınların 82 %-i "mütəmadi bir hal almadığı halda xəyanət belə olarsa, mübarizə apararam" deyib. Bu yaşda evlənən qadınlar işin içinə təzyiq, cinsi və fiziki zorakılıq girmədiyi müddətcə evliliyi davam etdirirlər.