Türkiyədə fövqəladə vəziyyətlə bağlı qəbul edilən qərar parlamentə təqdim olunub

Türkiyədə Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasında 3 aylıq fövqəladə vəziyyətin elan olunması ilə bağlı qəbul edilən qərar Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.

Türkiyədə Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasında 3 aylıq fövqəladə vəziyyətin elan olunması ilə bağlı qəbul edilən qərar Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.

Türkiyə KİV-in verdiyi xəbərə görə, qərar bu gün TBMM-də müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyətin elan olunduğunu dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən bəyan edib. 

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00