İrəvanda jurnalistlər döyüldülər
Polisin səhər saatlarında etiraz aksiyaçılarını qovması zamanı jurnalistlər xəsarət alıblar.
21 İyul 2016 12:14 DünyaPolisin səhər saatlarında etiraz aksiyaçılarını qovması zamanı jurnalistlər xəsarət alıblar.
Bunu Ermənistan ombudsmanının ofisindən deyiblər.
Ermənistan ombudsmanı bu faktı pisləyir.
Bu məsələlər üzrə materiallar gələcəkdə cinayət işinin açılması üçün istintaq orqanlarına göndəriləcək.
Qeyd edək ki, İrəvanda silahlıların ələ keçirdiyi polis binası yaxınlığında etiraz aksiyasının iştirakçıları ilə polis arasında qarşıduma baş verib. Etirazçılar polisə daş və digər bərk əşyalar atıblar. Polis isə havaya atəş açıb və daha sonra etirazçılara qarşı işıq və səs qumbaralarından istifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00