Çində leysan yağışları nəticəsində bənd uçub, 34 min nəfər təxliyə edilib
Çinin Tyanmen şəhərində (Hubey əyaləti) bir neçə gün davam edən leysan yağışları nəticəsində bənd uçub.
21 İyul 2016 11:25 DünyaÇinin Tyanmen şəhərində (Hubey əyaləti) bir neçə gün davam edən leysan yağışları nəticəsində bənd uçub.
TASS agentliyinin verdiyi xəbərə görə, 34 min nəfərin təxliyə edildiyi bildirilir.
İyunun sonundan Çində yağan güclü yağışlar daşqın və yer sürüşmələrinə səbəb olub. Ümumilikdə ölkənin 1500 yaşayış məntəqəsinə ziyan dəyib. Son məlumatlara əsasən, təbii fəlakət 237 nəfərin həyatına son qoyub, 93 nəfər isə itkin düşmüş hesab edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00