Тrамp rəsmən ABŞ prezidentliyinə namizəddir
Respublikaçılar Partiyasından milyarder Donald Тrамpın ABŞ prezidentliyinə namizədliyi rəsmən təsdiqlənib. Klivlenddə (Ohayo ştatı) keçirilən partiya qurultayının nümayəndələri belə qərar qəbul ediblər.
20 İyul 2016 18:37 DünyaRespublikaçılar Partiyasından milyarder Donald Тrамpın ABŞ prezidentliyinə namizədliyi rəsmən təsdiqlənib. Klivlenddə (Ohayo ştatı) keçirilən partiya qurultayının nümayəndələri belə qərar qəbul ediblər.
Agentliklər xəbər verir ki, qurultayda səsvermə nümayəndələrin namizədliyi üzrə əlifba sırası ilə keçirilib. Qaydalara görə, partiyanın prezident postuna irəli sürülməsi üçün iş adamından sadə səs çoxluğu tələb olunurdu. O, səsvermə başlayandan az sonra lazım olan səsləri toplayıb.
Noyabrın 8-də keçiriləcək prezident seçkisində Donald Trampın rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.