“Bu, çevriliş yox, vətəndaş müharibəsi layihəsi idi”

İyulun 15-də Türkiyədə baş verənlər hərbi çevrilişə cəhd deyildi.

İyulun 15-də Türkiyədə baş verənlər hərbi çevrilişə cəhd deyildi.

Bunu İran mətbuatına açıqlamasında türkiyəli ekspert Abdullah Ağar söyləyib. Onun sözlərinə görə, bu hadisələr vətəndaş müharibəsi layihəsinin bir hissəsi idi:

"Vətəndaş müharibəsi yaradıldıqdan sonra beynəlxalq müdaxiləyə şərait yaradılacaqdı. Məqsəd hissə-hissə Türkiyənin ortadan qaldırılmasıdır. Əgər yalnız hərbi çevrilişə cəhd fikrini əsas tutarsanız, 15 iyul hadisələrini tam dərk edə bilməzsiniz. Məsələni tam anlamaq üçün TRT-də yayınlanan müraciətə baxın. Bu, keçmişdəki çevrilişlərdə yayımlanan müraciətlərdən çox fərqlənirdi. Burada nə isə özəl bir müraciət vardı. Bir sözlə, toplum ikiyə bölünməli idi. Əgər çevriliş baş tutsaydı, o zaman beynəlxalq güclərin növbəti hədəfi İran olacaqdı". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00