Avrofa İttifaqında terror aktlarının sayı baxımından rekord vurulub
Avropa İttifaqında (Aİ) ötən il rekord sayda terror hücumu planlaşdırılıb, həyata keçirilib və onun qarşısı alınıb.
20 İyul 2016 17:03 DünyaAvropa İttifaqında (Aİ) ötən il rekord sayda terror hücumu planlaşdırılıb, həyata keçirilib və onun qarşısı alınıb.
Bu barədə Aİ-nin polis xidmətinin (Avropol) hesabatında deyilir.
Qurumun məlumatına görə, ittifaq ölkələrində ümumilikdə 211 hücum qeydə alınıb. Bu, illik hesabatın verildiyi 2006-cı ildən bəri ən yüksək göstəiricidir.
Ötən il Avropa İttifaqının 6 ölkəsində - Danimarka, Fransa, Yunanıstan, İtaliya, İspaniya və Böyük Britaniyada hücumlar hazırlanıb, həyata keçirilib və ya onların qarşısı alınıb.
Ən çox hücum - 103 dəfə Böyük Britaniyada qeydə alınıb. Fransada 72, İspaniyada isə 25 terror hücumu baş verib.
Hesabatda bildirilir ki, hücumlar nəticəsində ötən il 151 nəfər həlak olub, 360-dan çox insan yaralanıb.