Türkiyədə "Ergenekon" işinə baxan hakim də həbs edildi

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 3 hakim barəsində həbs qərarı verilib.

 

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 3 hakim barəsində həbs qərarı verilib.

"Report" bildirir ki, Sakarya Baş Prokurorluğu Sakarya Ədliyyə Sarayında çalışan 24 hakim və prokurorun saxlanılması barədə göstəriş verib.

Məlumata görə, hakimlər Hasan Hüseyin Özese, Tarık Çağlayan və Muhammet Tokalı məhkəmə zalında həbs edilərək həbsxanaya göndəriliblər. Bunlardan Hasan Hüseyin Özese vaxtilə İstanbul 13-cü Ağır Cəza Məhkəməsinə sədrlik edib və "Ergenekon" işinə baxan hakim olub.

Məhkəmə, həmçinin 21 hakim və prokurorun buraxılması haqqında qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00