Ermənistan Ombudsman Aparatı Yerevanda keçirilmiş nümayişlər zamanı insan hüquqlarının pozulması faktları aşkarlayıb

Ermənistan Ombudsman Aparatı iyulun 19-da Yerevanda Azadlıq meydanında keçirilmiş dinc nümayiş zamanı insan hüquqlarının pozulması faktlarının olduğunu xəbər verib.

Ermənistan Ombudsman Aparatı iyulun 19-da Yerevanda Azadlıq meydanında keçirilmiş dinc nümayiş zamanı insan hüquqlarının pozulması faktlarının olduğunu xəbər verib.

"Report" "Armİnfo"ya istinadən xəbər verir ki, Ombudsman Aparatı bəyanat yayaraq, polisi qanunun bütün qaydalarına ciddi riayət etməyə, lazımsız müdaxilələrdən və nümayişçilərin hüquqlarını pozmaqdan çəkinməyə və əsassız yerə fiziki güc tətbiq etməməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00