Türkiyədə dövlət çevrilişi cəhdinə görə həbs edilən hakim və prokurorların sayı 59-a çatıb

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 47 hakim və prokuror barəsində həbs qərarı verilib.

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 47 hakim və prokuror barəsində həbs qərarı verilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun göstərişi ilə 134 hakim və prokuror saxlanılıb.

Şübhəlilərdən 47-si məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib, 36 nəfər isə sərbəst buraxılıb. 

Bundan başqa, "Ergenekon" işinə baxan hakimlərdən Sedat Sami Haşıloğlu, "Balyoz" işinin istintaqını aparan prokurorlardan Savaş Kırbaş və Hüseyin Kaplan, İstanbul 18-ci Cəza Məhkəməsinin hakimi İlhan Karagözün də aralarında olduğu 42 nəfər axtarışa verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00