Üsyançılar girovların əvəzinə polis rəisini istəyirlər

Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirmiş bir qrup silahlı şəxs 4 girovu Ermənistanın polis rəisi Vladimir Qasparyan ilə mübadilə etməyə hazırdır.

Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirmiş bir qrup silahlı şəxs 4 girovu Ermənistanın polis rəisi Vladimir Qasparyan ilə mübadilə etməyə hazırdır.

Report bildirir ki, bu barədə silahlı qruplaşmanın üzvlərindən biri olan Pavel Manukyan deyib.

O, girovların qida və su ilə təmin edildiyini vurğulayıb.

Xatırladaq ki, Yerevanda PPX alayının binasını ələ keçirənlər artıq dörd gündür içəridəkiləri girov saxlayır. Binanın ələ keçirilməsi zamanı PPX alayının rəis müavini Artur Vanoyan öldürülüb, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00