Ermənistan MTX: İndiyədək 5 nəfər girovluqdan azad edilib

Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən və silahlı qruplaşma tərəfindən nəzarətdə saxlanan binasında keçirilən anti-terror əməliyyatı çərçivəsində 5 nəfər girovluqdan azad edilib.

"Armenpress.com" saytının verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir. "Hazırda patrul-mühafizə alayının binasında yerləşən digər girovların azad edilməsi, habelə cari vəziyyətə son qoyulması istiqamətində intensiv danışıqlar aparılır. Ermənistan hüquq-mühafizə orqanlarının xüsusi bölmələri hərbi hazırlıq vəziyyətində qalmağa davam edirlər", - deyə məlumatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00