Türkiyədə Təhlükəsizlik Şurasının iclası başlayıb
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası başlayıb.
20 İyul 2016 14:49 DünyaTürkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası başlayıb.
"TRT Haber" telekanalının verdiyi məlumata görə, iclasda hərbi çevrilişə cəhddən sonra Türkiyədəki vəziyyət müzakirə ediləcək.
Ardından Nazirlər Kabinetinin iclası keçiriləcək. İclasda qiyamçıların aşkar edilməsi və onlarla mübarizə ilə bağlı vacib qərarların qəbul edilməsi gözlənilir.
İclas iştirakçıları, həmçinin Türkiyədə edam cəzasının bərpa edilməsi məsələsini müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00