Sarkisyan Qarabağın qaytarılmasını müzakirə edibmiş

Dağlıq Qarabağa səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyan separatçıların nümayəndələri ilə qapalı görüş keçirərək, görüşün iştirakçılarının sözlərinə görə, ərazilərin Azərbaycana qaytarılmasına aid mövqeləri öyrənib.

Virtualaz.org  bildirir ki, bu məlumatı "Azadlıq" radiosunun erməni redaksiyası yayıb.

Məlumata əsasən, üç gün öncə keçirilmiş görüşdə həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan iştirak edib.

"Qarabağ hərəkatı"nın iştirakçısı Razmik Petrosyanın sözlərinə görə, Serj Sarkisyan bildirib ki, Ermənistan tərəfinə Qarabağa bitişik torpaqları qaytarmaq təklif olunmasa da, o, yenə də insanların buna münasibətini öyrənib.

"O, hər bir iştirakçının fikrinin öyrənib, 90 %-i bildirdi ki, ərazilərin qaytarılmasına qarşıdır", - Petrosyan deyib.

Yaxın zamanlarda Sarkisyan Qarabağda daha bir görüş keçirəcək, lakin bu görüşün dəqiq tarixi məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00