Türkiyədə dövlət çevrilişi cəhdinə görə 12 hakim və prokuror barəsində həbs qərarı verilib

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində 12 hakim və prokuror barəsində həbs qərarı verilib. 

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində 12 hakim və prokuror barəsində həbs qərarı verilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğunun təlimatı ilə Anadolu Ədliyyə Sarayında çalışan 39 prokuror və 71 hakim saxlanılıb. 

Şübhəlilərdən 12-si məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib, 7 nəfər isə sərbəst buraxılıb. 

Həbsə salınanlar arasında Hakimlər və Prokurorlar Baş İdarəsinin (HSYK) keçmiş I dairə sədri və Anadolu III İş Məhkəməsinin hakimi İbrahim Okur da var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00