Türkmənistan da Konstitusiyanı dəyişir - 7 il
Türkmənistan Konstitusiyasına da dəyişikliklər ediləcək.
20 İyul 2016 13:02 DünyaTürkmənistan Konstitusiyasına da dəyişikliklər ediləcək.
Qafqazinfo bildirir ki, sentyabrın 14-də Aşqabadda Ağsaqqallar Şurasının iclası keçiriləcək və burada ölkənin yeni konstitusiyası qəbul olunacaq. Şuranın toplanması barədə fərmanı ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıb.
Bildirilir ki, toplantıda Türkmənistan Məclisinin üzvləri, o cümlədən bütün idarəetmə orqanlarının nümayəndələri iştirak edəcək və yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı səsvermə keçiriləcək.
Hazırkı konstitusiya ilə yeni layihə arasında əsas fərq prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılmasıdır. Həmçinin prezidentlik üçün yaş senzinin götürülmasi də təklif olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00