Ölümündən əvvəl fotosunu İnstaqram-da paylaşdı
ABŞ-ın Florida ştatının 35 yaşlı sakini Kolin Börns məşhur Böyük Kanyon Parkına ekskursiyaya yollanmışdı.
20 İyul 2016 12:31 DünyaABŞ-ın Florida ştatının 35 yaşlı sakini Kolin Börns məşhur Böyük Kanyon Parkına ekskursiyaya yollanmışdı.
Bütün turistlər kimi o da qayanın lap kənarında oturaraq fotosunu çəkdirib, sonra da həmin fotonu İnstaqram-dakı profilində paylaşdı.
ABC bildirir ki, Kolinin fotosunu çəkən rəfiqələri onun arxasında durmuşdular. Onlar bilmirdilər ki, Kolin həyatının son anlarını yaşayır.
Kolin qayanın kənarından ayağa durmağa başlayanda qəflətən ayağı burxulub və o, 120 metr yüksəklikdən yıxılıb.
Kolinin rəfiqələrinin dediklərinə görə, onlar hələ də şokdadırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00