Londonda polis qaradərililərlə toqquşdu: 3 yaralı
Londonun mərkəzindəki Hayd Parkda polislə kütlə arasında toqquşma olub.
20 İyul 2016 11:40 DünyaLondonun mərkəzindəki Hayd Parkda polislə kütlə arasında toqquşma olub.
Daily Mail bildirir ki, dünən günorta saatlarınlad parka toplaşan yüzlərlə gənc arasında "su davası" başlanıb. Onlar bir-birlərinə su butulkaları atırdılar.
Polis olaya müdaxilə edərək dalaşanları ayırmağa çalışanda tam əksəriyyəti qaradərililər olan aksiya iştirakçıları birləşərək polisə hücuma keçiblər.
Onlar ABŞ-dakı qaradərililərin müqavimət şüarı olan "Black Lives Matter!" qışqırıblar və polis əməkdaşlarına plastik su butulkaları atmağa başlayıblar.
Toqquşmada bir polis yaralanıb, iki mülki şəxs xəsarətlər alıblar.
Axşam saatlarına yaxın bir polis zabitinin bıçaqlandığı da söylənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00