Sərxoş pilotlar sərnişin dolu təyyarəyə oturdular: həyəcan siqnalı gəldi
Şotlandiya polisi Qlazqo hava limanından uçuşa hazırlaşan təyyarənin kapitanını və onun köməkçisini sərxoş olduqları üçün saxlayıblar.
19 İyul 2016 18:08 DünyaŞotlandiya polisi Qlazqo hava limanından uçuşa hazırlaşan təyyarənin kapitanını və onun köməkçisini sərxoş olduqları üçün saxlayıblar.
Musavat.com bildirir ki, Kanada şirkətinə məxsus "Air Transat" təyyarəsinin heyəti uçuşa az qalmış həyəcan siqnalı verib. Məlumata görə, təyyarə dünən yerli vaxtla 13.00-da Toronto istiqamətində uçmağa hazırlaşırmış.
Polis 39 yaşlı və 37 yaşlı iki nəfərin saxlandığını təsdiq edib. Şotlandiya hüquq mühafizə orqanı nümayəndəsinin məlumatına görə, hər iki pilot məhkəmə qarşısına çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00