"Polat Alemdar" Ərdoğanın evinin qarşısına niyə gedib?

Türkiyədəki qaranlıq proseslərdən bəhs edərək məşhurlaşan "Kurtlar Vadisi" serialında baş rolu (Poalt Alemdar) ifa edən aktyor Necati Şaşmaz ölkədəki son hadisələrə münasibət bildirib.

Türkiyədəki qaranlıq proseslərdən bəhs edərək məşhurlaşan "Kurtlar Vadisi" serialında baş rolu (Poalt Alemdar) ifa edən aktyor Necati Şaşmaz ölkədəki son hadisələrə münasibət bildirib.

Lent.az bildirir ki, dünən gecə saatlarında prezident Rəcəb Tayyip Ərdoğanın evinin qarşısına gələn aktyor hərbi çevriliş cəhdini pisləyib.

Əraziyə cəmləşmiş insanlarla fotolar çəkdirib, fikir mübadiləsi aparan Necati Şaşmaz ölkədə demokratik mühitin qorunması üçün hamının çalışmalı olduğunu deyib: "Müstəqilliyimizi qoruyuruq. Dostlar lazım olan sözləri deyir. Mən də prezidentin çıxışını dinlədim. Hamı demokratiyanın keşiyində durmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00