Ərdoğan çevrilişlə bağlı ulduz futbolçuya zəng etdi

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ulduz futbolçu Samuel Etoya zən

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ulduz futbolçu Samuel Etoya zəng vurub.

1xəbər.com bildirir ki, bu, ölkədə baş verən hərbi çevrilişə cəhd hadisəsi ilə bağlı olub. 

Onlar sözügedən hadisə səbəbindən təxirə salınan xeyriyyə matçı ilə bağlı danışıb. İspaniya mətbuatının yazdığına görə, bu danışıq 16 iyul, yəni çevriliş baş verən günün sabahı reallaşıb. Kamerunlu hücumçuya zəng edib, həmin matçda iştirak edə bilməyəcəyini deyən Ərdoğan oyunu təxirə saldığı üçün isə ona təşəkkür edib. 

Qeyd edək ki, hazırda "Antalyaspor"da çıxış edən kamerunlu hücumçunun təşkil edəcəyi xeyriyyə qarşılaşmasında Rəcəb Tayyib Ərdoğanla yanaşı, Lionel Messi, Andreas İnyesta, Didye Droqba, Arda Turan kimi ulduz futbolçuların iştirakı gözlənirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00