Türkiyə Dini İşlər İdarəsinin 492 əməkdaşı işdən uzaqlaşdırılıb

Türkiyədə hərbi çevriliş cəhdindən sonra dövlət orqanlarında başlayan kütləvi “təmizləmə”lər dini idarəni də əhatə edib. 

Türkiyədə hərbi çevriliş cəhdindən sonra dövlət orqanlarında başlayan kütləvi "təmizləmə"lər dini idarəni də əhatə edib. 

"Hürriyet"in verdiyi xəbərə görə, Türkiyə Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) 492 əməkdaşı işdən kənarlaşdırılıb.

Onların "paralel dövlət" adlandırılan "Fətullahçı Terror Təşkilatı"na yaxın şəxslər olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00