Stinqdən fanatlarına sürpriz
Britaniyalı müğənni Stinq fanatlarına əsl hədiyyə edəcək.
19 İyul 2016 15:37 DünyaBritaniyalı müğənni Stinq fanatlarına əsl hədiyyə edəcək.
Xarici KİV-in məlumatına görə, o karyerasının 12-ci albomunu təqdim etməyə hazırlaşır. Stinq bu albomda bir qədər fərqli tərzdə çıxış edəcək. Müğənninin meneceri Martin Kirşenbaum deyib ki, "Bu, Stinqin roka ən yaxın albomudur".
Albomun adı "57th & 9th" adlanır. Ad Stinqin hər gün Nyu-Yorkda keçdiyi küçələrin kəsişməsindən götürülüb.
Qeyd edək ki, müğənninin bundan əvvəlki albomu 2013-cü ildə işıq üzü görmüşdü - "Last Ship".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00