Yerevanda polis binasını tutanlar yeni şərtlər irəli sürüblər
Yerevanda polis binasını tutmuş silahlı şəxslər yerli vaxtla saat 19:00-a qədər Ermənistan Milli Təhlükəsizlik Şurasının tələblərinə cavab verməyə hazırdırlar.
19 İyul 2016 15:32 DünyaYerevanda polis binasını tutmuş silahlı şəxslər yerli vaxtla saat 19:00-a qədər Ermənistan Milli Təhlükəsizlik Şurasının tələblərinə cavab verməyə hazırdırlar.
Bunu jurnalistlərə "Təsis parlamenti" radikal müxalif hərəkatının üzvü Alek Yeniqomşyan deyib.
Məlumata görə, bu barədə "Novosti-Armeniya" məlumat yayıb.
A.Yeniqomşyan bildirib: "Ermənistan Milli Təhlükəsizlik Şurası və "Təsis parlamenti" arasındakı danışıqlar bilavasitə mənim iştirakımla aparılır. Binanı tutan "Sasna çrer" qrupunun üzvlərinə bildirdim ki, Milli Təhlükəsizlik Şurasının tələblərinə axşam cavab veriləcək".
Bununla belə o, Milli Təhlükəsizlik Şurasının binanı tutan şəxslərə əsas tələblərini açıqlamaqdan imtina edib.