Təlimatın gəldiyi ölkənin adı AÇIQLANDI : "İncirlik" əməliyyatının DETALLARI

Türkiyənin "İncirlik" bazasındakı 10-cu Tanker Baza Komandanlığında dünən aparılan 7 saatlıq axtarışlar və baza komandiri general Bəkir Ercan Vanın saxlanılmasına dair detallar ortaya çıxıb.

Türkiyənin "İncirlik" bazasındakı 10-cu Tanker Baza Komandanlığında dünən aparılan 7 saatlıq axtarışlar və baza komandiri general Bəkir Ercan Vanın saxlanılmasına dair detallar ortaya çıxıb.

Publika.az  bildirir ki, istintaq materiallarına görə, general Ankara və İstanbuldakı hücumlara qatılan qırıcıları havada 3 dəfə yanacaqla təmin edib.
 
O, qarnizon komandiri və Adana valiliyinin ("İncirlik" bazası Adana vilayətində yerləşir - red.) bütün xəbərdarlıqlarına baxmayaraq, qiyamçılara dəstəyini davam etdirib. Ancaq hərbi çevriliş cəhdinin uğursuz olduğunu anlayan general "İncirlik"dəki amerikalı komandirlərə müraciət edərək ABŞ-dan sığınacaq istəyib. Amerikalı komandirlər isə müraciəti tabe olduqları ABŞ-ın Almaniyadakı Avropa Komandirliyinə çatdırıb.
 
Təxminən 3 saatdan sonra Almaniyadan "Türkiyə hökumətinə təslim edin" əmri gəlib və nəticədə general polislərə təslim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00