ABŞ-da İŞİD-ə qarşı mübarizə üzrə NATO müdafiə nazirlərinin görüşü olacaq
NATO baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.
19 İyul 2016 12:58 DünyaNATO baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.
NATO-nun mətbuat xidməti xəbər verir ki, iclas ABŞ müdafiə naziri Eşton Karter tərəfindən təşkil olunub və iyulun 20-də Merilend ştatındakı Endryus hərbi bazasında keçiriləcək.
Bundan əlavə, Y.Stoltenberq hərbi bazada "Hava gücünün nümayişi"ndə iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00