"Kiralık aşk"ın qəhrəmanını yenə məhkəməyə verdi - 100 min istəyir

Keçmiş meneceri Başak Okay "Kiralık aşk"ın Defnesi, aktrisa Elçin Sanqunu məhkəməyə verib. 

Keçmiş meneceri Başak Okay "Kiralık aşk"ın Defnesi, aktrisa Elçin Sanqunu məhkəməyə verib. 

Axşam.az  xəbər verir ki, o, aktrisadan 100 min dollar təzminat istəyir. 

Başak Elçinin 2015-ci il dekabrın 31-də notariusdan birtərəfli kağızı alaraq, "agentlik-sənətçi müqaviləsi"ni razılıqsız ləğv etdirib. 

Aktrisaya bacısı kimi davrandığını deyən Okay onunla müqaviləni 2012-ci ildə imzaladıqlarını bildirib:
 
"Elçin Sanquya iş tapmaq üçün bütün əlaqələrimdən istifadə etdim. Onun imzaladığı bütün iş müqavilələrinə mən zamin dayandım. Ona aktrisalıq və kamera önündə davranmaq dərsləri verdim, onu çəkilişlər üçün hazırladım. Ona bacı kimi arxa-dayaq olub, gələn təkliflərə də onun yanında olmaq üçün "yox" dedim. Bütün bunlara baxmayaraq Elçin məndən icazə almadan başqa agentliklə görüşdü".

Qeyd edək ki, Başak bundan əvvəl də Elçini məhkəməyə vermiş, rol aldığı reklamlardan birinin qonorarından pay istəmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00