Vankuverdəki boş evlər vergiyə cəlb edilə bilər
Kanadanın cənub-qərbində yerləşən Vankuver şəhərinin meri boş saxlanılan şəhər əmlakının yeni vergi formasında cəriməyə cəlb olunmasını təklif edib.
18 İyul 2016 19:18 DünyaKanadanın cənub-qərbində yerləşən Vankuver şəhərinin meri boş saxlanılan şəhər əmlakının yeni vergi formasında cəriməyə cəlb olunmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, təklif olunan verginin ev sahiblərinin uzun müddət istifadəsiz saxladıqları, əksəriyyəti şəhərin mərkəzində yerləşən evlərin kirayəyə vermilməsinə stimul yaradacağı gözlənilir.
Şəhər meri bildirib ki, mənzil yalnız pul qazanmaq üçün vasitə deyil: "Biz çalışırıq ki, öz əmlakına biznes kimi yanaşan vətəndaşlar müvafiq məbləğdə vergi ödəsinlər".
Hazırda şəhər meri əyalət hökumətlərinə müraciət etməyi planlaşdırır ki, onlar vergi dərəcələrini müəyyən etmək üçün icarəyə verilməsi mümkün olan boş əmlakların təsnifatı ilə bağlı təkliflərini irəli sürsünlər. Son statistikaya əsasən, il ərzində şəhərdə ümumilikdə 10 min 800 ev istifadəsiz qalır.