Rusiyada kosmosdan nüvə zərbələri endirəcək bombardman təyyarəsi hazırlanır
2020-ci ildə test uçuşlarına başlayacaq Rusiyanın nüvə təyyarəsi kosmosdan dünyanın hər hansı yerinə nüvə hücumu həyata keçirə biləcək.
18 İyul 2016 19:11 Dünya2020-ci ildə test uçuşlarına başlayacaq Rusiyanın nüvə təyyarəsi kosmosdan dünyanın hər hansı yerinə nüvə hücumu həyata keçirə biləcək.
"Airporthaber.com" saytı xəbər verir ki, nüvə bombası daşıyan təyyarə səs sürətindən 5 dəfə (hipersonik) daha sürətli uçacaq və dünyanın hər hansı bir yerinə 2 saatda çata biləcək. Təyyarə 16 nüvə bombası və 96 ədəd böyük bomba daşıma gücünə malikdir. Hipersonik bomba atabilmə xüsusiyyətinə malik təyyarə 328 min fitdə radarlara düşmədən (görünmədən) uçacaq. Nüvə təyyarəsinin prototipləri külək panelində test edilir.
Bombardman təyyarəsi üçün test mühərriki sentyabrda Rusiyada Beynəlxalq Hərbi Texnologiya Forumunda nümayiş olunacaq.