Türkiyədə daha bir general saxlanıb
Türkiyə Hərbi Hava Məktəbinin komandanı, general-mayor Fatih Alpay saxlanıb.
18 İyul 2016 14:19 DünyaTürkiyə Hərbi Hava Məktəbinin komandanı, general-mayor Fatih Alpay saxlanıb.
Türkiyə KİV-i xəbər verir ki, bu gün səhər saatlarında Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Hərbi Hava Məktəbində əməliyyat keçirilib.
İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Yeşilköydəki Hərbi Hava Məktəbinə gedib. Çevik qüvvə və xüsusi təyinatlı polis işçilərindən ibarət qruplar, rəsmi və mülki maşınlar binanın ərazisinə daxil olublar. Məktəbdə və yataqxanalarda axtarış aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00