Ankara ədliyyə binasına atəş açan şəxs öldürülüb
Türkiyə paytaxtında növbəti atışma baş verib.
18 İyul 2016 14:14 DünyaTürkiyə paytaxtında növbəti atışma baş verib.
"Hürriyet"in verdiyi məlumata görə, bu gün Ankara ədliyyə binasının önündə naməlum şəxs odlu silahdan atəş açıb. Polis dərhal ərazidə nəqliyyatın hərəkətini dayandırıb və əməliyyata başlayıb. Əməliyyat zamanı atəş açan şəxs öldürülüb.
Qeyd edək ki, ədliyyə binasında hakimlər və prokurorlar çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00