"Rusiya Ermənistan və Azərbaycana silah-sursat satışında..."
Rusiya Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşdiyi bir dövrdə Ermənistan və Azərbaycana silah-sursat tədarükündə pariteti saxlamağa çalışır.
18 İyul 2016 12:51 DünyaRusiya Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşdiyi bir dövrdə Ermənistan və Azərbaycana silah-sursat tədarükündə pariteti saxlamağa çalışır.
APA bildirir ki, bunu Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Fomin "İzvestiya" qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiya tərəflərə silah sistemlərinin satışı zamanı həm keyfiyyət, həm də kəmiyyət olaraq paritetin saxlanmasına çalışacaq.
A.Fomin qeyd edib ki, hərbi-texniki əməkdaşlığın əsas məqsədi qüvvələr balansını pozmağa yönəlməyib: "Paradoksal səslənsə də, əsas məqsəd konkret ölkə, region və bütovlükdə dünyada sülh və stabilliyin qorunub saxlanmasına yardım etməkdir".