Şotlandiya qərarın AÇIQLADI
Şotlandiya Böyük Britaniyanın tərkibində qalaraq Avropa Birliyinin üzvlüyündən çıxmaya bilər.
18 İyul 2016 12:50 DünyaŞotlandiya Böyük Britaniyanın tərkibində qalaraq Avropa Birliyinin üzvlüyündən çıxmaya bilər.
Axar.az bildirir ki, bu açıqlama ilə Şotlandiyanın birinci naziri, Şotlandiya Milli Partiyasının lideri Nikola Starcen çıxış edib.
Nazirin sözlərinə görə, Şotlandiyanın hər iki blokun tərkibində qalması variantını istisna etmək olmaz.
Xatırladaq ki, Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı keçirilən referendumda Şotlandiyada seçicilərinin 60%-dən çoxu krallığın Avropa Birliyi tərkibində qalmasının lehinə səs vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00