Hərbi çevrilişə cəhd edənlərdən biri əvvəllər futbol hakimi olub

Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən birinin keçmiş futbol hakimi olduğu müəyyənləşib.

Türkiyədə hərbi çevrilişə cəhd edənlərdən birinin keçmiş futbol hakimi olduğu müəyyənləşib.

Report bildirir ki, bu, bir müddət yan xətt hakimi funksiyasını yerinə yetirmişMurat Dağlıdır.

Dağlı ölkə prezidenti Rəcəp Tayyip Ərdoğanın Mərmərədə qaldığı oteldə əməliyyat keçirən helikopterin pilotu olub. Polkovnik-leytenant ləqəbli pilot "Skorski" markalı helikopteri idarə edib. Sabiq hakimin rütbəsi sökülüb və o həbs olunub.

Qeyd edək ki, əslən Diyarbəkirdən olan Murat Dağlı 2000 - 2003-cü illərdə Türkiyə Super Liqası qarşılaşmalarına təyinat alıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00