Türkiyədə hərbi qiyamçılara qarşı əməliyyatlar: daha 7 nəfər saxlandı

Xüsusi təyinatlıların köməyi ilə Türkiyə polisi Konyada aviabazada əməliyyat keçirib.

Trend  bildirir ki, əməliyyat nəticəsində hərbi çevrilişə cəhddə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Əməliyyatda 500 polis əməkdaşı iştirak edib. Əməliyyat zamanı hərbçilər müqavimət göstərməyib.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00