Türkiyə hərbçiləri arasında yeni həbslər
17 İyul 2016 14:22 DünyaTürkiyədə hərbi yolla dövlət çevrilişinə cəhddə ittiham olunan Dənizli Qarnizonunun və 11-ci Kommando Briqadasının komandiri, general-mayor Özhan Özbəkir və daha 51 hərbçi saxlanılıb.
Virtualaz.org "Anadolu" agentliyinə istinadən bildirir ki, saxlanılanların hamısı yüksək rütbəli hərbçilərdir.
Agentliyin məlumatına görə, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar həbs olunmuş 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb, 6 hərbçi sərbəst buraxılıb.
Qiyamda iştirakda şübhəli bilinən digər hərbçilərlə bağlı isə istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00