Türkiyədə qiyam nəticəsində şəhid olanlar son mənzilə yola salınır

Türkiyədə baş verən qiyam nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb.

AzərTAc xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna dualar oxunub.

Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır.

Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00