Türk ordusunun üz qaraları QANDALLANDILAR - FOTO
17 İyul 2016 14:14 DünyaTürkiyədə hərbi çevriliş cəhdi uğursuzluqla başa çatandan sonra hərbi Sikorsky vertolyotu ilə Yunanıstanın Dedeağac qəsəbəsinə qaçan 8 türk hərbçi Yunanıstan polisinə təslim olub.
Milli.Az DHA-ya istinadən bildirilir ki, hərbi geyimləri əyinlərindən çıxarılan və bir-birlərinə qandallarla bağlanan hərbçilər Yunanıstanda "ölkəyə qanunsuz yolla girmək"də və "Türkiyə ilə Yunanıstan arasında dostluğa təhlükə yaratmaq"da suçlanırlar.
Onlar Dedeağac polis idarəsinə aparılıblar. Hərbi formaları çıxarılan və qolları qandallanan türk zabitləri yunan polislər bu minvalla aşağılayıblar. Çevrilişə cəhd göstərmiş zabitlər jurnalistləri görəndə "sərbəst" əlləriylə üzlərini qapatmağa çalışıblar.
İstintaq başa çatandan sonra məhkəmə prosesi başlanacaq.
Paqonları sökülmüüş bu türk zabitlər Yunanıstandan siyasi sığınacaq istəmişdilər.
Bölgədə yaşayan türklər Yunanıstan Dostluq, Bərabərlik və Sülh Partiyasının (DEB) təşkil etdiyi yürüşə qatılaraq Gümülçine və İskeçedən avtobuslar, habelə avtomobillərlə Dedeağac hava limanına yollanıblar.
Aralarında Kozlukepir şəhər bələdiyyəsinin sədri Rıdvan Ahmet, İskeçe və Gümülçinenin müftiləri Ahmet Mete ilə İbrahim Şerif olan 500 nəfərlik qrup hava limanının qarşısına yığışaraq Türkiyəyə dəstək şüarları söyləyib.
Onlar: "Çevrilişə yox, demokratiyaya hə!", "Çevrilişçilərə sığınacaq vermək onlara dəstəkdir!", "Çevrilişçilərə yer vermək qonşu Türkiyəyə xəyanətdir!" - söyləyiblər.
Aksiya iştirakçıları Türkiyədə çevrilişə cəhd etmiş zabitlərin Ankaraya təhvil verilməsini tələb ediblər.