TRT-nin spikeri: Qollarımızı bağlamışdılar, zorla xəbəri oxutdurdular - VİDEO
16 İyul 2016 10:27 DünyaTRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb.
Aparıcı həyatının ən çətin yayımı olduğunu deyib.
Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.
"3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Bizi təhqir edirdilər. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsarət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm", - deyə aparıcı bildirib.
Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyədə dövlət çevirilişi olduğunu demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00